Yəmən ordusu strateji Hayis rayonuna nəzarəti bərpa edib
Yəmən hökumət qüvvələri husilərlə döyüşlər zamanı strateji əhəmiyyətli Hayis rayonuna nəzarəti yenidən ələ keçirib.
Crossmedia.az xəbər verir ki, “Al Jazeera” bu barədə məlumat yayıb.
Məlumata görə, Taiz vilayətində hökumət qüvvələri ilə husilər arasında toqquşmaların güclənməsi nəticəsində 60-dan çox insan, o cümlədən mülki şəxslər həlak olub.
Döyüşlərin Taiz və Hudeyda vilayətlərində, həmçinin Qırmızı dənizin qərb sahili boyunca davam etdiyi bildirilir.
Yəmən ordusu Hudeydanın cənubunda yerləşən Hayis rayonuna yenidən nəzarət etdiyini açıqlayıb. Bildirilir ki, rayon Hudeyda, Taiz və İbb vilayətlərini birləşdirən strateji ərazidə yerləşir.
13:58 06.09.2026
Oxunuş sayı: 41