Cəmi üç il siqaret çəkdi və ağciyərləri məhv oldu
Rusiyanın Vladivostok şəhərində üç ildən artıq veypdən – elektron siqaretdən istifadə edən 21 yaşlı Denis ağır ağciyər zədələnməsi ilə xəstəxanaya yerləşdirilib.
Crossmedia.az xəbər verir ki, “Baza” bu barədə məlumat yayıb.
Məlumata görə, gənc yüksək hərarət və tənəffüs çatışmazlığı ilə Vladivostok şəhərinin 1 saylı xəstəxanasına müraciət edib. Müayinələr nəticəsində onda veyp istifadəsi ilə əlaqəli total ağciyər zədələnməsi aşkarlanıb.
Hazırda xəstə steroid preparatları ilə müalicə olunur. Müalicənin nəticələrindən sonra ağciyər toxumasının bərpa olunacağı, yoxsa zədələnmiş sahələrdə fibrozun yaranacağı məlum olacaq.
12:49 06.09.2026
Oxunuş sayı: 54