İranın valyuta bazarında dollar yenə bahalaşdı
İranda ABŞ dollarının qara bazardakı məzənnəsi 228 min tümənə yüksəlib, avronun məzənnəsi isə 263 min tüməni ötüb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.
Məlumata görə, ölkənin qeyri-rəsmi valyuta bazarında dolların məzənnəsi son günlərdə sürətlə artıb. Bu artım fonunda avronun məzənnəsi də 263 min tüməndən yuxarı qalxıb.
Qeyd edək ki, sentyabrın 3-də Tehranda dolların qara bazardakı məzənnəsinin 220 min tümənə çatdığı barədə məlumat yayılmışdı.
10:04 06.09.2026
Oxunuş sayı: 37