ABŞ-dan Ermənistana 5 milyard dollarlıq SÜNİ İNTELLEKT LAYİHƏSİ
ABŞ-ın Ermənistanla apardığı danışıqlar çərçivəsində İrəvana süni intellekt texnologiyalarına çıxış imkanının verilməsi razılaşdırılıb və ölkənin Razdan şəhərində milyardlarla dollar dəyərində süni intellekt məlumat mərkəzi yaradılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Məlumata görə, layihənin ümumi investisiya həcminin təxminən 5 milyard dollara çatması gözlənilir. Mərkəzin inkişafının növbəti mərhələlərində 70 mindən çox NVIDIA süni intellekt qrafik prosessorunun yerləşdirilməsi planlaşdırılır.
Qeyd edək ki, Razdandakı “Firebird” süni intellekt mərkəzinin ilk mərhələsi 500 milyon dollar investisiya ilə həyata keçirilib. Layihə ABŞ və Ermənistan hökumətlərinin dəstəyi ilə reallaşdırılır və NVIDIA ilə Dell Technologies kimi şirkətlər texnoloji tərəfdaş qismində iştirak edir.
15:42 05.09.2026
Oxunuş sayı: 56