Vaaqn Xaçaturyandan sərhəd mesajı: “Hətta dərhal aça bilərik”
Ermənistan Türkiyə ilə sərhədin istənilən vaxt, hətta dərhal açılmasına hazır olduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan bu barədə açıqlama verib.
Xaçaturyan bildirib ki, sərhəd-keçid məntəqələrində müvafiq hazırlıq işləri aparılıb və onlar insanların, yüklərin və nəqliyyat vasitələrinin hərəkətini təmin etməyə hazırdır.
Ermənistan Prezidenti həmçinin Türkiyə ilə diplomatik münasibətlərin qurulmasının gözlənildiyini qeyd edib. Onun sözlərinə görə, sərhədlərin açılması və diplomatik əlaqələrin yaradılması regionda sülhə və əməkdaşlığa töhfə verə bilər.
15:34 05.09.2026
Oxunuş sayı: 55