Rusiya və ABŞ maliyyə sahəsində “təmas nöqtələri” axtarır
Rusiya ilə ABŞ arasında maliyyə məsələləri üzrə ortaq maraq doğuran istiqamətlər mövcuddur və onların müzakirəsi davam etdirilməlidir.
Crossmedia.az xəbər verir ki, TASS Rusiya Maliyyə naziri Anton Siluanovun ABŞ maliyyə naziri Skott Bessentlə görüşündən sonra verdiyi açıqlamaya istinadən bu barədə məlumat yayıb.
Siluanov bildirib ki, iki ölkənin maliyyə qurumları arasında dialoqun davam etdirilməsi vacibdir. Onun sözlərinə görə, maliyyə sahəsində təmas nöqtələrinin müəyyənləşdirilməsi siyasi məsələlərin həllinə də müsbət təsir göstərə bilər.
Nazir qeyd edib ki, Rusiya və ABŞ arasında hazırda müəyyən gərginlik olsa da, geosiyasi fikir ayrılıqları aradan qaldırıldıqca maliyyə əlaqələrinin inkişaf etdirilməsi üçün imkanlar yarana bilər.
Siluanov və Bessent avqustun 31-də ABŞ-nin Şimali Karolina ştatının Eşvill şəhərində keçirilən G20 maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin toplantısı çərçivəsində görüşüblər. Bu, iki nazirin ilk ikitərəfli görüşü olub.
13:37 05.09.2026
Oxunuş sayı: 37