Moskva Berlinin qərarını “ciddi siyasi səhv” adlandırdı
Zaporojye Atom Elektrik Stansiyası (ZAES) ərazisində elektrik verilişi xətlərinin təmiri üçün lokal atəşkəs qüvvəyə minib.
Crossmedia.az xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) bu barədə məlumat yayıb.
MAQATE-nin baş direktoru Rafael Qrossinin sözlərinə görə, agentliyin vasitəçiliyi ilə əldə olunan razılaşma stansiyanın uzun müddət davam edən xarici enerji təchizatının bərpası üçün zəruri təmir işlərinin aparılmasına imkan verəcək.
Məlumata görə, avqustun 20-də hərbi əməliyyatlar nəticəsində stansiya 330 kilovoltluq “Ferrospavnaya-1” adlı sonuncu xarici elektrik xətti ilə əlaqəni itirib. Bundan sonra ZAES reaktorların və işlənmiş nüvə yanacağı hovuzlarının soyudulması üçün qəza dizel generatorlarından istifadə edir.
MAQATE bildirib ki, atəşkəs çərçivəsində zədələnmiş elektrik xəttinin ətrafında ərazinin minalardan təmizlənməsindən sonra təmir işlərinə başlanacaq.
13:32 05.09.2026
Oxunuş sayı: 40