Azərbaycan Türkiyədən sement və şüşəyə xərci artırdı
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 28,467 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib.
Crossmedia.az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,2 % azdır.
Avqustda isə Türkiyə Azərbaycana 3,621 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 13,8 % çoxdur.
8 ayda Türkiyənin sement, şüşə, keramika və torpaq məmulatları ixracının ümumi dəyəri illik müqayisədə 1,9 % artaraq 3 milyard 027,366 milyon ABŞ dollarına, avqustda isə 3,5 % azalaraq 376,738 milyon ABŞ dollarına çatıb.
Türkiyədən ən çox idxalı ABŞ (482,245 milyon ABŞ dolları dəyərində, 1 il əvvələ nisbətən 0,6 % çox), İtaliya (204,669 milyon ABŞ dolları, 2,9 % çox) və Suriya (165,024 milyon ABŞ dolları, 91,4 % çox) həyata keçirib.
12:40 05.09.2026
Oxunuş sayı: 42