Kazarmada iki güclü partlayış: 2 ölü, 81 yaralı
Boliviyanın qərbində yerləşən hərbi kazarmada baş verən iki güclü partlayış nəticəsində azı iki nəfər ölüb, 81 nəfər yaralanıb, yeddi nəfər isə itkin düşüb.
Crossmedia.az xəbər verir ki, Boliviya rəsmiləri bu barədə məlumat yayıb.
Hadisə ilə bağlı məsuliyyətin kimdə olduğu hələlik müəyyən edilməyib.
Boliviya Prezidenti Rodriqo Pas bildirib ki, hökumət məsul şəxslərlə bağlı “fərziyyələr irəli sürməyəcək və nəticələrə tələsməyəcək”.
Bələdiyyə hakimiyyəti faciə nəticəsində həyatını itirənlərin ailələri ilə həmrəyliyini ifadə etmək üçün üç günlük matəm elan edib.
11:33 05.09.2026
Oxunuş sayı: 33