İran Hörmüzdən geri çəkilmir
İran Hörmüz boğazı üzərində suverenliyindən imtina etməyəcəyini açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, İran ordusunun nümayəndəsi Tehranın boğaz üzərində nəzarətini sonadək müdafiə etmək niyyətində olduğunu bildirib.
Onun sözlərinə görə, ABŞ təhdid, təcavüz və pis niyyətli hərəkətlər yolu ilə İranın bu ərazi üzərində suverenliyini zəiflədə və ya aradan qaldıra bilməz.
İranlı nümayəndə bildirib ki, boğaz elə idarə oluna bilər ki, İran Silahlı Qüvvələri yalnız keçməsinə icazə verməyi məqsədəuyğun hesab etdiyi gəmilərin hərəkətinə şərait yaratsın.
“Amerikalılar bölgəni tərk edənədək dayanmayacağıq”, – deyə İran ordusunun nümayəndəsi əlavə edib.
21:30 04.09.2026
Oxunuş sayı: 41