“Tramp marşrutu”nda ilk addım atılır
Ermənistanda TRIPP (Tramp marşrutu) layihəsi çərçivəsində ilk təməl daşının 2027-ci ilin əvvəlində qoyulması mümkündür.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyan Semafor-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, layihə üzrə işlər irəliləyir və texniki-iqtisadi qiymətləndirmənin bu ilin sonuna qədər aparılması planlaşdırılır.
Mkrtçyan qeyd edib ki, Ermənistan Rusiya və İranla əlaqələrini qorumaqla yanaşı, TRIPP tranzit-enerji dəhlizini inkişaf etdirmək niyyətindədir.
18:48 04.09.2026
Oxunuş sayı: 46