Nepalda ölənlərin sayı 1287-yə çatıb
Nepalda dağıdıcı daşqınlar nəticəsində ölənlərin sayı 1287 nəfərə yüksəlib, 5083 nəfər isə itkin düşmüş hesab olunur.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir. İtkin düşənlərin sayının çox olması səbəbindən ölənlərin sayının daha da artacağı ehtimal edilir.
18:50 04.09.2026
Oxunuş sayı: 47