Cənubi Koreyadan HÖRMÜZ ADDIMI
Cənubi Koreya Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasına dəstək məqsədilə hərbi qüvvə və texnika göndərilməsi imkanını nəzərdən keçirir. Crossmedia.az xəbər verir ki, Reuters bu barədə məlumat yayıb.
Crossmedia.az bu barədə məlumat verir ki, məsələ ilə bağlı hələ yekun qərar qəbul edilməyib. Seul həm hərbi, həm də qeyri-hərbi iştirak variantlarını qiymətləndirir.
Cənubi Koreya mediasının məlumatına görə, nəzərdən keçirilən variantlar arasında dəniz patrul təyyarəsinin, logistika təminatı gəmisinin və ya dəniz minalarının aşkarlanması və zərərsizləşdirilməsi üzrə bölmənin bölgəyə göndərilməsi var.
Məlumata əsasən, Seul mümkün missiyanın miqyası və xarakteri ilə bağlı ABŞ, Böyük Britaniya və Fransa ilə də məsləhətləşmələr aparır. Hərbi qüvvələrin xaricdə yerləşdirilməsi üçün Cənubi Koreya Milli Assambleyasının razılığı tələb olunur.
Cənubi Koreya rəsmiləri mümkün iştirakın döyüş əməliyyatlarına qoşulmaqdan daha çox beynəlxalq gəmiçiliyin təhlükəsizliyinə dəstək xarakteri daşıya biləcəyini bildirirlər. Prezident administrasiyası bu istiqamətdə müzakirələrin davam etdiyini və heç bir variantın hələ təsdiqlənmədiyini vurğulayıb.
Reuters-in məlumatına görə, Hörmüz boğazı Cənubi Koreya üçün strateji əhəmiyyət daşıyır və ölkənin xam neft idxalının 60 faizdən çoxu bu marşrutdan keçir.
17:46 04.09.2026
Oxunuş sayı: 51