Permdə sürücülər benzin növbəsində saatlarla gözləyir
Rusiyanın Perm şəhərində yanacaqla bağlı problem davam edir, sürücülər yanacaqdoldurma məntəqələrində saatlarla növbə gözləyirlər.
Crossmedia.az xəbər verir ki, yerli media bu barədə məlumat yayıb.
Bəzi yanacaqdoldurma məntəqələrində benzinin olmadığı, yanacağın mövcud olduğu məntəqələrdə isə uzun növbələrin yarandığı bildirilir.
“Нефтехимпром” şəbəkəsi sentyabrın 3-dən etibarən benzinin satışına məhdudiyyət tətbiq edib. Bir avtomobilin çəninə ən çox 40 litr, kanistrə isə 30 litr benzin doldurulmasına icazə verilir.
Yerli məlumatlara görə, Perm diyarında yanacaq təminatı ilə bağlı vəziyyət gərgin olaraq qalır.
17:36 04.09.2026
Oxunuş sayı: 40