Uitkoff və Kuşner Moskva və Kiyevə gedəcək
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner bu həftəsonu Moskva və Kiyevə səfər edərək Ukrayna böhranının başa çatdırılması ilə bağlı danışıqlar aparacaqlar.
Crossmedia.az xəbər verir ki, “Axios” mənbələrinə istinadən bu barədə məlumat yayıb.
Məlumata görə, ABŞ nümayəndələrinin səfərləri çərçivəsində münaqişənin başa çatdırılması və mümkün sülh razılaşması məsələlərinin müzakirə ediləcəyi gözlənilir.
17:01 04.09.2026
Oxunuş sayı: 50