Bolqarıstanın Baş naziri Rusiyaya zərbələrdən xəbərdarlıq etdi
Bolqarıstanın Baş naziri Rumen Radev Ukraynanın xarici uzaqmənzilli silahlardan istifadə etməklə Rusiyaya zərbələr endirməsinin mümkün nəticələrini nəzərə almağa çağırıb.
Crossmedia.az xəbər verir ki, “The Sofia Globe” bu barədə məlumat yayıb.
Radev Avropa ölkələrinə müraciət edərək belə hücumların münaqişənin daha geniş əraziyə yayılması və eskalasiya riskini artıracağını bildirib.
“Uzaqmənzilli silahlarımız başqa bir ölkənin dərinliklərinə zərbə endirmək üçün istifadə ediləndə nə gözləyə bilərik? Qarşı tərəf kənarda dayanacaq, yoxsa cavab verəcək? Əsas sual budur”, – deyə Bolqarıstan hökumətinin başçısı bildirib. O, Avropa dövlətlərini Ukrayna münaqişəsinin eskalasiya risklərini daha ciddi qiymətləndirməyə və mümkün qədər tez sülh yolu ilə nizamlanma imkanlarının axtarışını bərpa etməyə çağırıb.
16:51 04.09.2026
Oxunuş sayı: 44