Rusiya və Çin “Sila Baykala” qaz kəməri üzrə razılığa yaxınlaşır
Rusiya və Çin “Sila Baykala” magistral qaz kəməri layihəsi üzrə danışıqları davam etdirir.
Crossmedia.az xəbər verir ki, TASS bu barədə Rusiyanın baş nazirinin müavini Aleksandr Novakın açıqlamasına istinadən məlumat yayıb.
Novak bildirib ki, tərəflər Rusiya qazının Çinə tədarükü üçün perspektivli istiqamətlər üzrə müzakirələri davam etdirirlər. Onun sözlərinə görə, bu layihələr arasında əvvəllər “Sila Sibir-2” adlandırılan “Sila Baykala” qaz kəməri də var.
Rusiya baş nazirinin müavini həmçinin “Uzaq Şərq” marşrutunun işə salınmasına hazırlaşdıqlarını qeyd edib.
Novak sentyabrın 3-də bildirib ki, Moskva və Pekin qaz tədarükünün şərtləri, kəmərin marşrutu və yanacağın qiyməti ilə bağlı kompromis variantlar axtarır.
2025-ci ilin sentyabrında “Qazprom”un rəhbəri Aleksey Miller “Sila Sibir-2” qaz kəmərinin tikintisi ilə bağlı hüquqi baxımdan məcburi memorandumun imzalandığını açıqlamışdı. Sənədin mövcudluğu daha sonra Rusiya rəsmiləri və Vladimir Putin tərəfindən də təsdiqlənib.
“Wall Street Journal”ın mənbələrinin məlumatına görə, may ayında Vladimir Putinin Çinə səfəri zamanı keçirilən müzakirələrdə Pekin müqavilənin imzalanması üçün əsas şərt kimi qazın qiymətinin Rusiyanın daxili bazarındakı səviyyəyə endirilməsini göstərib.Moskva üçün bu variant qəbuledilməz olaraq qalır. Buna səbəb Rusiyada qazın daxili qiymətlərinin ixrac müqavilələrindən əldə olunan gəlirlər hesabına subsidiyalaşdırılmasıdır.
14:23 04.09.2026
Oxunuş sayı: 54