Sabir Zeynalov Cənubi Koreyada Qran-Pri çempionu oldu
Azərbaycanın parataekvondoçusu Sabir Zeynalov Cənubi Koreyanın Muju şəhərində keçirilən Qran-Pridə qızıl medal qazanıb.
Crossmedia.az xəbər verir ki, “Report” bu barədə məlumat yayıb.
K44 kateqoriyasında 58 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/4 finalda yaponiyalı Mitsuya Tanakanı məğlub edib.
Zeynalov yarımfinalda Tayvan təmsilçisi Xiang Wen üzərində qələbə qazanaraq finala yüksəlib.
Final görüşündə isə braziliyalı Gustavo Ruppelə qalib gələn parataekvondoçumuz turnirin qızıl medalına sahib olub.
13:07 04.09.2026
Oxunuş sayı: 55