Almaniyanın Rusiyaya qarşı gizli planı üzə çıxıb
Almaniya Rusiyaya qarşı genişmiqyaslı cavab planı hazırlayır və Ukraynaya Rusiya ərazisindəki hədəflərin koordinatlarının ötürülməsinə başlaya bilər.
Crossmedia.az xəbər verir ki, ˝Der Spiegel˝-in məlumatına görə, sentyabr ayında Kiyevə minlərlə hücum PUA-sı, IRIS-T hava hücumundan müdafiə sistemləri, həmçinin əlavə bir neçə min hava hücumundan müdafiə raketinin göndərilməsi planlaşdırılır.
Bundan əlavə, Almaniyanın artıq Ukraynaya Skyranger 35 zenit qurğuları təhvil verdiyi bildirilir.
19:35 03.09.2026
Oxunuş sayı: 44