Bakıda sabah 30 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 4-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Crossmedia.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti bu barədə məlumat yayıb.
Havanın temperaturu gecə 20-23 dərəcə, gündüz isə 26-30 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı və şimşək çaxacağı ehtimalı var.
Rayonlarda havanın temperaturu gecə 16-21 dərəcə, gündüz 28-33 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 10-15 dərəcə, gündüz isə 19-24 dərəcə isti olacağı proqnozlaşdırılır.
17:03 03.09.2026
Oxunuş sayı: 40