Katzdan İrana xəbərdarlıq: Bütün infrastrukturu vuracağıq
İsrailin müdafiə naziri İsrael Katz İranın İsrailə hücum edəcəyi təqdirdə İranın bütün infrastrukturuna, o cümlədən enerji obyektlərinə zərbələr endiriləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, “The Times of Israel” bu barədə məlumat yayıb.
Katz İranın ağır iqtisadi təzyiq altında olduğunu və mümkün üsyanla rejimin süqutundan ehtiyat etdiyini deyib. Onun sözlərinə görə, bu vəziyyət Tehranın “çıxılmaz addımlar” atmasına səbəb ola bilər.
“İranın İsrailə hücumu bizi istənilən məhdudiyyətdən azad edəcək. Biz bütün infrastruktura, o cümlədən enerji infrastrukturuna zərbə endirəcəyik və İranı daş dövrünə, qaranlığa qaytaracağıq”, – İsrailin müdafiə naziri vurğulayıb.
Katz əlavə edib ki, İsrail istənilən ssenariyə, həm müdafiə, həm də hücum əməliyyatlarına hazırdır. Onun sözlərinə görə, İsrail Müdafiə Ordusu qarşıya qoyulan vəzifəni yerinə yetirməyə hazırdır.
16:31 03.09.2026
Oxunuş sayı: 39