Lavrov fon der Lyayeni “fürer” adlandırdı
Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa Komissiyasının sədri Ursula fon der Lyayeni “fürer” adlandıraraq onun Avropanı yenidən nasizmə qaytardığını iddia edib.
Crossmedia.az xəbər verir ki, “Vesti.Ru” bu barədə məlumat yayıb.
Lavrov bu açıqlamanı Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun kənarında Rusiya “Znanie” cəmiyyətinin mühazirəsi zamanı səsləndirib.
Rusiya XİN rəhbərinin sözlərinə görə, fon der Lyayen Avropa İttifaqı ölkələrinin milli hökumətlərində qalmalı olan səlahiyyətləri Avropa Komissiyasında cəmləşdirməyə çalışır.
Lavrov fon der Lyayeni “fürer Ursula” adlandıraraq bu tendensiyanın onun fəaliyyətində açıq şəkildə müşahidə olunduğunu bildirib.
O, həmçinin fon der Lyayenin enerji qiymətlərinin artması ilə bağlı əvvəlki açıqlamalarını xatırladıb və Avropada rus dilinin təhsil, mədəniyyət, gündəlik həyat və mediada istifadəsinə qanuni məhdudiyyətlərin tətbiq edilməsini tənqid edib.
Lavrov bildirib ki, belə yanaşmalar Avropa dəyərləri kimi təqdim olunursa, bunun Avropanın nasizmə qayıtması anlamına gəldiyini iddia edib.
12:50 03.09.2026
Oxunuş sayı: 46