Rusiya Almaniyanın Goethe institutlarını bağlayacaq
Rusiya Almaniyanın Berlindəki “Rus Evi”nin fəaliyyətinin dayandırılmasına cavab olaraq Moskvada, Sankt-Peterburqda və Yekaterinburqda yerləşən “Goethe” institutlarının filiallarını bağlayacaq.
Crossmedia.az xəbər verir ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu barədə məlumat yayıb.
Lavrov bu barədə Şərq İqtisadi Forumu çərçivəsində “Znaniye” cəmiyyətinin mühazirə proqramında çıxışı zamanı danışıb. Onun sözlərinə görə, Almaniyanın Rusiyada Moskva, Sankt-Peterburq və Yekaterinburqda “Goethe” institutunun filialları fəaliyyət göstərir. Lavrov bildirib ki, Berlindəki Rusiya mədəniyyət mərkəzinin bağlanmasından sonra həmin filialların fəaliyyətinin dayandırılması gözləniləndir.
Rusiya XİN rəhbəri Almaniyanın bu addımının Rusiyadakı mədəni fəaliyyətinin sona çatmasına səbəb olduğunu bildirib.
Lavrov həmçinin qeyd edib ki, Rusiya Avropanın ardınca “qaçmayacaq” və sanksiyaların aradan qaldırılması üçün “yalvarmayacaq”.
12:45 03.09.2026
Oxunuş sayı: 44