Britaniyada uşaqların psixi sağlamlığı üçün həyəcan təbili çalınır
Böyük Britaniyada psixi sağlamlıq problemləri yaşayan uşaqlar və yeniyetmələrin təcili yardım şöbələrinə müraciətlərində əhəmiyyətli artım qeydə alınıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İngiltərə Pediatriya və Uşaq Sağlamlığı Kral Kollecinin yayımladığı təhlilə əsasən, 6-17 yaş arası uşaqlar və yeniyetmələrin özünə xəsarət yetirmə, qidalanma pozuntuları və emosional böhranlar kimi psixi sağlamlıq problemləri ilə bağlı təcili yardım şöbələrinə müraciətlərinin sayı 2019-2025-ci illər arasında 36% artıb.
22:15 02.09.2026
Oxunuş sayı: 52