Ermənistanın keçmiş maliyyə naziri iki aylıq həbs edildi
Keçmiş Ermənistan maliyyə naziri Qagik Xaçatryan iki aylıq müddətə həbs edilib.
Crossmedia.az xəbər verir ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi bu barədə qərar qəbul edib.
Xaçatryan xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması ilə bağlı araşdırılan cinayət işi çərçivəsində saxlanılıb. Onun və oğlunun mənzillərində, eləcə də onlarla əlaqəli 21 şirkətin ofis və filiallarında axtarışlar aparılıb.
Keçmiş nazir səhhətində yaranan problemlər səbəbindən məhkəməyə xərəkdə gətirilib. Məhkəmə iclası gecə saatlarına qədər davam edib və səhər onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
Xaçatryan 2014–2016-cı illərdə Ermənistanın maliyyə naziri, 2008–2014-cü illərdə isə Dövlət Gəlirləri Komitəsinin sədri vəzifəsində çalışıb.
16:53 02.09.2026
Oxunuş sayı: 38