Von der Leyendən Moskva ilə bağlı ŞOK AÇIQLAMA
Avropa Komissiyasının sədri Ursula von der Leyen Rusiyanın Avropa İttifaqı ərazisində həyata keçirdiyi hücuma görə Ukraynaya dəstəyinin daha da gücləndiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Ursula von der Leyen bu barədə açıqlama verib.
O bildirib ki, Aİ ərazisində Rusiya agentlərinin hərbi vasitələrdən istifadə etməklə həyata keçirdiyi hücum qəbuledilməzdir və buna dözmək mümkün deyil.
Von der Leyenin sözlərinə görə, əgər hücumun məqsədi Avropanı Ukraynaya dəstəyini yenidən nəzərdən keçirməyə məcbur etmək olubsa, bu cəhd əks nəticə verib və onun Ukraynanı dəstəkləmək əzmini daha da artırıb.
Açıqlama Avropada Rusiyanın mümkün hibrid əməliyyatları ilə bağlı narahatlığın artdığı bir vaxtda səslənib. Almaniya da Leypsiq/Halle hava limanı yaxınlığında baş vermiş uğursuz dron hücumuna görə Rusiyanı məsul tutub.
15:49 02.09.2026
Oxunuş sayı: 41