Avropa İttifaqı və NATO Rusiyaya təzyiqi artıracaq
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Rusiyanın Avropanı qorxutmaq cəhdlərinin nəticə verməyəcəyini və Aİ ilə NATO-nun Moskvaya təzyiqi daha da gücləndirəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Ursula fon der Lyayen bu barədə açıqlama verib.
O bildirib ki, Avropa İttifaqı və NATO birlikdə hərəkət edir və Rusiyaya qarşı təzyiqi yalnız qorumaqla kifayətlənməyəcək, onu daha da artıracaq.
Ursula fon der Lyayen daha əvvəl də Rusiyanın Ukraynaya hücumlarının Avropanın birliyini gücləndirəcəyini və Aİ-nin Rusiyaya qarşı sanksiya siyasətini sərtləşdirəcəyini bəyan edib.
NATO da Rusiyanı Avro-Atlantik təhlükəsizlik üçün əsas və birbaşa təhdid kimi qiymətləndirir və alyansın çəkindirmə və müdafiə imkanlarının gücləndirildiyini bildirir.
15:39 02.09.2026
Oxunuş sayı: 39