Moskva Ukrayna ilə danışıqlara şərt qoydu
Moskva ilə Kiyev arasında münaqişənin nizamlanması ilə bağlı real təkliflərin yalnız Ukraynada yeni rəhbərliyin formalaşmasından sonra səslənə biləcəyi bildirilib.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə məlumat yayıb.
Bu barədə Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin müavini Vladimir Cabarov danışıb.
Senator Vladimir Zelenskini seçkilər keçirməkdən imtina edən və legitimliyi ilə bağlı mübahisələrə səbəb olan prezident kimi qiymətləndirib. Onun sözlərinə görə, Zelenski həm Ukrayna xalqının, həm də Qərb müttəfiqlərinin gözündə öz nüfuzunu itirib.
Cabarov həmçinin Zelenskinin Rusiya ilə bağlı sərt bəyanatlarını “növbəti blef” adlandırıb və onun ölkə rəhbərliyində qalmasının vəziyyəti daha da təhlükəli etdiyini iddia edib.
Senatorun sözlərinə görə, Ukraynada Rusiya ilə danışıqlara hazır və Moskvanın mövqeyini nəzərə alan siyasi qüvvələr ortaya çıxa bilər.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 1-də Ukrayna münaqişəsi ilə bağlı danışıqların hazırda dondurulduğunu bildirib. O, Moskvanın danışıqların konkret məzmunla doldurulmasının tərəfdarı olduğunu deyib və Kiyevin təkliflərini “ekzotik” adlandırıb.
15:01 02.09.2026
Oxunuş sayı: 46