Ukraynanın hava müdafiəsində ciddi boşluq – səbəb yeni PUA-lardır
Ukraynanın Rusiya tərəfindən istifadə edilən yeni reaktiv mühərrikli pilotsuz uçuş aparatlarının qarşısını almaq üçün hələlik effektiv və iqtisadi baxımdan sərfəli vasitələrə malik olmadığı bildirilir.
Crossmedia.az xəbər verir ki, “Economist” bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, reaktiv PUA-lar daha yüksək sürətlə uçur və artıq Ukraynanın mühüm obyektlərini vurmağa nail olub. “Economist” hesab edir ki, Rusiya reaktiv mühərriklərin genişmiqyaslı istehsalını təşkil edə bildiyi üçün Ukrayna üçün problemin daha da ağırlaşması mümkündür.
Bundan əvvəl Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Avropa İttifaqı ölkələrinin Ukraynaya “Patriot” sistemləri üçün raketlərin tapılması istiqamətində heç bir irəliləyiş əldə etmədiyini bildirmişdi.
Qərb ölkələrində daha əvvəl də “Patriot” raketlərinin ciddi çatışmazlığı barədə məlumatlar yayılmışdı.
13:09 02.09.2026
Oxunuş sayı: 45