Şamaxıda zəlzələ olub
Şamaxı rayonunda 3,9 maqnitudalı zəlzələ qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu bu barədə məlumat yayıb.
Məlumata görə, yeraltı təkan yerli vaxtla saat 03:39-da qeydə alınıb. Zəlzələnin episentri Pirqulu stansiyasından 23 kilometr cənub-qərbdə yerləşib.
Zəlzələ ocağının 14 kilometr dərinlikdə olduğu bildirilib. Təkan ətraf ərazilərdə hiss olunmayıb.
09:08 02.09.2026
Oxunuş sayı: 55