Rusiya XİN: NATO ölkələrinə hücum etmək planımız yoxdur
Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko Moskvanın NATO ölkələrinə hücum etmək üçün nə səbəbinin, nə planının, nə də ehtiyacının olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Qruşko bu barədə Rusiya mediasına açıqlamasında danışıb.
Onun sözlərinə görə, Rusiya ilə NATO ölkələri arasında hərbi qarşıdurma üçün heç bir əsas yoxdur. Qruşko xüsusilə Baltikyanı ölkələrin SSRİ dövründə müstəqillik əldə etməsinə toxunaraq, onların müstəqilliyini tanıdıqlarını və bu ölkələrin ittifaqdan ayrıldığını qeyd edib.
“Rusiyanın NATO-ya hücum etməsinə nə ehtiyac var? Bunun üçün heç bir səbəb və plan yoxdur”, – deyə Qruşko bildirib.
Rusiya rəsmisi Baltikyanı ölkələrə mümkün hücumla bağlı səsləndirilən iddiaları da əsassız hesab edib. Onun sözlərinə görə, Moskvanın NATO ölkələrinə qarşı hərbi əməliyyat keçirmək niyyəti yoxdur.
Qruşkonun açıqlaması NATO ilə Rusiya arasında təhlükəsizlik və mümkün hərbi qarşıdurma ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda səslənib.
17:03 01.09.2026
Oxunuş sayı: 50