Azərbaycan Mərkəzi Bankı 2 BOKT-un vəzifəli şəxslərini cərimələyib
Azərbaycan Mərkəzi Bankı (AMB) "Embafinans" QSC və "Caspian İnvest" MMC bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxslərini cərimələyib.
Crossmedia.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, kredit təşkilatlarında aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu üzə çıxıb. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.6-cı maddələrinə əsasən "Embafinans" və onun vəzifəli şəxsi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə müvafiq olaraq 20 min manat və 4 min manat, İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən "Caspian İnvest"in vəzifəli şəxsi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 2 min manat cərimə edilib.
10:50 31.08.2026
Oxunuş sayı: 55