Tramp Kanada şirkətlərini ABŞ-a köçməyə çağırdı
ABŞ Prezidenti Donald Tramp Kanada şirkətlərini tariflərdən yayınmaq üçün bizneslərini ABŞ-a köçürməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, Donald Tramp bu barədə Truth Social hesabında paylaşım edib.
Tramp ABŞ-la biznes aparan Kanada şirkətlərinin ölkəyə köçməli olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ-a qayıdan şirkətlər tariflərdən azad ediləcək.
ABŞ prezidenti həmçinin Kanadadan ABŞ-a köçmüş şirkətlərin bir qisminin bunu illər əvvəl ABŞ rəhbərliyinin siyasəti səbəbindən etdiyini iddia edib.
Bu çağırış ABŞ və Kanada arasında ticarət gərginliyinin artdığı bir vaxtda səslənib. Vaşinqtonun Kanada mallarına tətbiq etdiyi yeni tariflərdən sonra Ottava da ABŞ məhsullarına qarşı cavab tarifləri tətbiq edib.
09:15 31.08.2026
Oxunuş sayı: 49