İran İordaniyadakı ABŞ bazasına hücum edib
İran İordaniyada yerləşən ABŞ hərbi bazasına raket zərbələri endirib.
Crossmedia.az xəbər verir ki, “Fox News” bu barədə adı açıqlanmayan ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, hücum ABŞ qüvvələrinin İranın Hörmüz boğazı yaxınlığındakı Larak adasında yerləşən raket buraxılış qurğularına zərbələr endirməsindən sonra baş verib.
ABŞ mənbəsinin bildirdiyinə görə, İrandan atılan raketlərin demək olar ki, hamısı ələ keçirilib və ilkin məlumata əsasən, bazada ciddi zərər qeydə alınmayıb.
Bu hadisə İranla ABŞ arasında gərginliyin yenidən artması fonunda baş verib. Daha əvvəl də İranın İordaniyadakı ABŞ qüvvələrinə hücumları qeydə alınıb.
09:44 31.08.2026
Oxunuş sayı: 50