SEPAH: ABŞ PUA-sı Hörmüz boğazında vurulub
SEPAH Hörmüz boğazı üzərində ABŞ-yə məxsus pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.
Crossmedia məlumat verir ki, insident Hörmüz boğazı ərazisində baş verib. Hazırda PUA-nın modeli və hadisənin dəqiq vaxtı ilə bağlı əlavə rəsmi məlumat açıqlanmayıb.
ABŞ tərəfi tərəfindən hadisə ilə bağlı hələlik təsdiqlənmiş açıqlama verilməyib. Hörmüz boğazında son günlər ABŞ və İran arasında gərginlik artıb və bölgədə ticarət gəmiçiliyi ilə bağlı təhlükəsizlik insidentləri qeydə alınıb.
Qeyd edək ki, 2026-cı ilin iyununda ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində İranın iki hücum PUA-sının ABŞ qüvvələri tərəfindən vurulduğunu bildirmişdi.
09:28 31.08.2026
Oxunuş sayı: 52