İslandiya Aİ-yə üzvlüklə bağlı danışıqların bərpasına “yox” dedi
İslandiyada Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı danışıqların yenidən başlanması məsələsinə dair referendum keçirilib.
Crossmedia.az xarici KİV-ə istinadən məlumat verir.
Ölkənin milli yayımçısı RÚV-un bazar günü açıqladığı ilkin nəticələrə əsasən, seçicilərin 52,8 faizi danışıqların bərpasının əleyhinə, 47,2 faizi isə lehinə səs verib. Tərəflər arasındakı fərq təxminən 12 600 səs təşkil edib.
Referendumda iştirak səviyyəsi ölkə üzrə yüksək olub. Əhalisi təxminən 400 min nəfər olan İslandiyada seçici fəallığı paytaxt Reykyavikdə 60 faizdən çox, daha çox kənd və rayon ərazilərində isə 80 faizdən yuxarı olub.
Reykyavikdə Aİ ilə danışıqların bərpasını dəstəkləyənlər üstünlük təşkil etsə də, ölkənin daha ucqar və kənd ərazilərində “xeyr” səsinin 60 faizdən çox olması yekun nəticəyə təsir edib.
Beləliklə, referendumun nəticələri İslandiya hökumətinin Aİ ilə üzvlük danışıqlarını yenidən başlatmaq təşəbbüsünün seçicilər tərəfindən dəstəklənmədiyini göstərib.
17:10 30.08.2026
Oxunuş sayı: 62