Nepalda yeni daşqın təhlükəsi ilə bağlı xəbərdarlıq edilib
Nepal hakimiyyəti ölkə sakinlərinə yeni daşqın təhlükəsi ilə bağlı təcili xəbərdarlıq göndərib.
Crossmedia.az xəbər verir ki, “Associated Press” bu barədə məlumat yayıb.
Məlumata görə, xəbərdarlıqlar avqustun 30-da səhər saatlarında sakinlərin mobil telefonlarına göndərilib. Hakimiyyət xüsusilə daşqından zərər çəkmiş ərazilərdə yaşayan insanları diqqətli olmağa çağırıb. Nepalın şimalında avqustun 26-da güclü daşqın baş verib. Təbii fəlakət zəlzələdən sonra yaranan torpaq sürüşməsi nəticəsində Bhote-Koşi çayında suyun səviyyəsinin kəskin artması ilə əlaqədar baş verib.
Son məlumatlara görə, fəlakət nəticəsində 700-dən çox insan həlak olub, 2 498 nəfər isə itkin düşüb. İtkinlər arasında səkkiz Rusiya vətəndaşının olduğu bildirilir.
13:32 30.08.2026
Oxunuş sayı: 53