Putin, Zelenski və Trampın görüşü yaxın aylarda gözlənilmir
Rusiya Prezidenti Vladimir Putin, Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Trampın Ukraynadakı münaqişənin nizamlanması məqsədilə yaxın aylarda görüşməsi ehtimalı azdır.
Crossmedia.az xəbər verir ki, “News.ru” bu barədə amerikalı politoloq Konstantin Bloхinə istinadən məlumat yayıb.
Politoloq bu fikri “Axios”un Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin görüşün təşkili məqsədilə Rusiyaya səfər edə biləcəyi barədə məlumatını şərh edərkən səsləndirib. Bloхin belə bir görüşün keçirilməsi ehtimalını tamamilə istisna etməyib. Lakin onun fikrincə, yaxın vaxtlarda Putin, Zelenski və Trampın bir araya gəlməsi “az ehtimallıdır”. Politoloq qeyd edib ki, danışıqlar prosesi yenidən başlasa belə, ilk mərhələdə müzakirələr diplomatlar və ekspertlər səviyyəsində aparılacaq. Onun sözlərinə görə, tərəflər əvvəlcə danışıqlar üçün zəmin formalaşdırmalı və müəyyən nəticə əldə etməlidirlər. Bundan sonra dövlət başçılarının görüşü mümkün ola bilər.
Bloхin həmçinin bildirib ki, ABŞ belə bir görüşə həqiqətən hazırlaşsaydı, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Rusiya Prezidenti ilə görüşərdi. Onun sözlərinə görə, belə bir görüş baş tutmayıb.
12:17 30.08.2026
Oxunuş sayı: 47