Afrikada iki təyyarə stadionun üzərindən təhlükəli məsafədə uçub
Cənubi Afrikanın Keyptaun şəhərində iki Airlink şirkətinə məxsus Embraer E-195 sərnişin təyyarəsi DHL stadionunun üzərindən təhlükəli dərəcədə yaxın məsafədən keçib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hadisənin bu gün günorta saatlarında baş verdiyi bildirilir. Təyyarələrdən biri stadionun damından cəmi bir neçə metr yüksəklikdən uçub. İkinci təyyarə isə stadiondan buraxılan pirotexniki atəşlərin olduğu əraziyə düşüb.
Hadisənin səbəbləri və təyyarələrin bu qədər aşağı hündürlükdə uçmasının səbəbi barədə əlavə məlumat verilməyib.
23:00 29.08.2026
Oxunuş sayı: 69