Ermənistan Rusiyaya keçmiş NATO nümayəndəsini səfir göndərir
Ermənistanın Rusiyadakı yeni səfiri vəzifəsinə 67 yaşlı Samvel Mkrtçyanın namizədliyi irəli sürülüb.
Crossmedia.az xəbər verir ki, “Hraparak” bu barədə məlumat yayıb.
Məlumata görə, namizədliyi Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən irəli sürülən Samvel Mkrtçyan daha əvvəl NATO yanında Ermənistanın diplomatik nümayəndəliyinə rəhbərlik edib və Varşavada da çalışıb.
Hazırda onun Rusiyaya etimadnaməsinin təqdim edilməsi üçün zəruri sənədlərin rəsmiləşdirilməsi prosesi başa çatmaq üzrədir.
12:21 29.08.2026
Oxunuş sayı: 60