Kiyev yaxınlığında hərbi anbarlarda böyük yanğın davam edir
Kiyev yaxınlığında dünənki zərbədən sonra hərbi anbarlarda başladığı ehtimal edilən böyük yanğının söndürülməsi davam edir.
Crossmedia.az xəbər verir ki, Ukrayna mediası bu barədə məlumat yayıb.
Yanğınla əlaqədar ərazidən təxminən 200 nəfər təxliyə edilib.
Kiyev vilayətinin hərbi administrasiyası hadisə nəticəsində ölən və ya yaralananların ola biləcəyini açıqlayıb.
Yanğının dəqiq səbəbləri və itkilərin sayı ilə bağlı məlumatların dəqiqləşdirildiyi bildirilir.
11:56 29.08.2026
Oxunuş sayı: 57