Nepalda daşqın qurbanları üçün morqlarda yer çatışmır
Nepalda baş verən güclü daşqınlar nəticəsində ölənlərin cəsədlərinin sayının artması morqlarda yer çatışmazlığına səbəb olub.
Crossmedia.az xəbər verir ki, “The Kathmandu Post”un məlumatına görə, bir sıra rayonlarda morqların tutumu dolduğundan cəsədlər qonşu rayonlara göndərilir.
Çitvanda xəstəxanaların meyitxanalarının imkanları aşdığından ölənlərin saxlanılması üçün müvəqqəti mərkəz yaradılır. Pokharada da müxtəlif rayonlardan gətirilən cəsədlər səbəbindən morqların tutumu tükənmək üzrədir.
Hakimiyyət orqanları cəsədlərin müəyyənləşdirilməsi və saxlanılması üçün əlavə tədbirlər görür, o cümlədən müvəqqəti saxlama məntəqələri hazırlayır.
18:21 28.08.2026
Oxunuş sayı: 43