İran ölkələri ABŞ sanksiyalarına qoşulmamağa çağırdı
İran Xarici İşlər Nazirliyi ABŞ-nin ölkəyə qarşı yeni iqtisadi sanksiyalarını “iqtisadi terrorçuluq” və “dövlət terrorçuluğu” kimi qiymətləndirərək digər ölkələri bu tədbirlərə qoşulmamağa çağırıb.
Crossmedia.az xəbər verir ki, “IRNA” bu barədə məlumat yayıb.
Nazirliyin bəyanatında ABŞ-nin İrana qarşı tətbiq etdiyi sanksiyaların qanunsuz və əsassız olduğu bildirilib.
Tehran Vaşinqtonu ABŞ dollarının beynəlxalq statusundan istifadə etməklə digər ölkələri öz siyasətinə uyğun addımlar atmağa məcbur etməkdə ittiham edib.
İran tərəfi bu siyasətin dövlətlərin milli suverenliyinə və BMT Nizamnaməsinin prinsiplərinə zidd olduğunu vurğulayıb və bütün ölkələri birtərəfli ABŞ sanksiyalarını tətbiq etməkdən çəkinməyə çağırıb.
17:01 28.08.2026
Oxunuş sayı: 49