Türkiyə və ABŞ müdafiə sahəsində yeni müqavilə imzaladı
Türkiyə ilə ABŞ arasında müdafiə və təhlükəsizlik sahəsində ikitərəfli dialoqun inkişafına yönəlmiş müqavilə imzalanıb.
Crossmedia.az xəbər verir ki, Türkiyənin Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Nazirlik müqavilənin ABŞ-nin konsaltinq şirkətlərindən biri ilə bağlandığını və iki ölkə arasında münasibətlərin inkişafı, eləcə də müdafiə və təhlükəsizlik sahəsində institusional əməkdaşlığın gücləndirilməsini nəzərdə tutduğunu bildirib.
Qeyd olunub ki, saziş yalnız konkret bir layihə ilə məhdudlaşmır.
Daha əvvəl Türkiyə Müdafiə Nazirliyinin ABŞ-də fəaliyyət göstərən “Ballard Partners” lobbi şirkəti ilə illik 2,4 milyon dollar dəyərində müqavilə bağladığı bildirilmişdi.
17:42 27.08.2026
Oxunuş sayı: 51