Rusiya ABŞ ilə Ukrayna üzrə yeni təmaslara hazırdır
Rusiya ABŞ-dən müvafiq müraciət daxil olacağı təqdirdə Ukrayna məsələsi üzrə təmasları qısa müddətdə təşkil etməyə hazırdır.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvanın Vaşinqtondan gələn siqnalları diqqətlə izlədiyini bildirib.
Onun sözlərinə görə, ABŞ tərəfdən müvafiq sorğu daxil olan kimi Rusiya zəruri təmasları qısa müddətdə təşkil edə bilər.
17:44 27.08.2026
Oxunuş sayı: 45