II kurs tələbəsi vəfat edib
Lənkəran Dövlət Universitetinin (LDU) Tarix-coğrafiya və incəsənət fakültəsinin Sosial iş ixtisasının II kurs tələbəsi Musazadə Sinan Yalçın oğlu vəfat edib.
Crossmedia.az xəbər verir ki, LDU-nun Mətbuat xidmətindən tələbənin uzun sürən ağır xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilib.
LDU rektoru, universitetin professor- müəllim heyəti və tələbələri mərhumun ailəsinə başsağlığı veriblər.
Allah rəhmət eləsin!
13:55 16.10.2026
Oxunuş sayı: 45