Səfir: Hindistan Azərbaycanla ikitərəfli əlaqələri gücləndirməyə hazırdır
Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar ölkəsi ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin gücləndirilməsinə töhfə vermək niyyətindədir.
Crossmedia.az xəbər verir ki, bu barədə o, Prezident İlham Əliyevə etimadnaməsini təqdim etdikdən sonra sosial şəbəkəsində bildirib.
"Bu gün Azərbaycan Prezidenti İlham Əliyevə etimadnaməmi təqdim etmək mənim üçün şərəf idi. Hindistan və Azərbaycan arasında ikitərəfli əlaqələrin gücləndirilməsinə töhfə vermək fürsətini səbirsizliklə gözləyirəm", - diplomat yazıb.
13:33 16.10.2026
Oxunuş sayı: 135