KİV: ABŞ İran tankerlərinin müsadirəsini sürətləndirə bilər
Donald Tramp administrasiyası İran tankerlərinin və neft yüklərinin müsadirəsi prosesini sürətləndirmək imkanlarını nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ-də müsadirə edilmiş əmlakın sonrakı satışına imkan verən xüsusi məhkəmələrin fəaliyyətinin bərpa edilməsi nəzərdən keçirilir.
Bu təşəbbüsün İran tankerlərinin və neft yüklərinin daha sürətli müsadirəsinə və satışına şərait yarada biləcəyi bildirilir.
Bununla yanaşı, planın beynəlxalq hüquq normaları ilə bağlı ciddi hüquqi mübahisələrə səbəb ola biləcəyi qeyd olunur.
17:41 27.08.2026
Oxunuş sayı: 46