Paşinyan “köstəbək” axtarışına göstəriş verdi
Ermənistanın baş naziri Nikol Paşinyan hüquq-mühafizə orqanlarında müxalifətə məlumat ötürən şəxslərin müəyyənləşdirilməsini tələb edib.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Paşinyan bildirib ki, hüquq-mühafizə orqanlarına bu şəxsləri müəyyənləşdirmək üçün konkret müddət verib. O, nəticə əldə olunmadığı halda öz səlahiyyətində olan qurumlarda kütləvi işdən çıxarmaların həyata keçiriləcəyini deyib.
Baş nazir “köstəbəklərin” adlarının və onların fəaliyyətini təsdiqləyən sübutların təqdim edilməsini tələb edib.
17:06 27.08.2026
Oxunuş sayı: 35