Özbəkistan və Çin strateji tərəfdaşlığı müzakirə edib
Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva ilə Çinin xarici işlər naziri Van İ Pekində görüşüb.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Tərəflər strateji tərəfdaşlığın inkişafını, o cümlədən ticarət, iqtisadiyyat, investisiya və mədəniyyət sahələrində əməkdaşlığı müzakirə ediblər.
Görüşdə beynəlxalq gündəm və qlobal məsələlər üzrə ümumi yanaşmaların formalaşdırılmasına da xüsusi diqqət yetirilib.
17:34 27.08.2026
Oxunuş sayı: 46